Final mərhələsində 18 lövhədə oyunların canlı yayımı planlaşdırılır. Yayım yalnız yarışın internet səhifəsində paylaşılacaq. Yaş qruplarında əsasən lider taxtalar canlı lövhələrdə oynayacaq.
Eyni zamanda oyunlar təcrübəli məşqçi-müəllim Şahin Hüseynov tərəfindən şərh olunacaq və “youtube” üzərindən canlı yayımlanacaq. Canlı şərh məktəbin akt zalında təşkil olunacaq, şərhləri zalda əyləşərək izləmək mümkün olacaq.