Qeydiyyat

Final mərhələsində zona yarışlarından vəsiqə qazanan şahmatçılarla yanaşı aşağıdakı göstəriciləri ödəyən şahmatçılar iştirak edir:

  1. Dünya və Avropa birinciliklərində medal qazanmış şahmatçılar.
  2. Sonuncu Azərbaycan Birinciliyində (həm “Təhsil” RİM-in, həm də Federasiyanın) 1-3-cü yeri tutmuş şahmatçılar.
  3. Yaş qrupları üzrə Beynəlxalq reytinq əmsalı (FİDE-nin 01.12.2021-ci il tarixinə olan reytinq siyahısına əsasən) aşağıdakı göstəriciləri ödəyən şahmatçılar:

6 yaşadək oğlanlar arasında >1200,                     6 yaşadək qızlar arasında >1100,

8 yaşadək oğlanlar arasında >1400,                     8 yaşadək qızlar arasında >1300,

10 yaşadək oğlanlar arasında >1600,                  10 yaşadək qızlar arasında >1500,

12 yaşadək oğlanlar arasında >1800,                  12 yaşadək qızlar arasında >1700,

14 yaşadək oğlanlar arasında >2000,                  14 yaşadək qızlar arasında >1900,

16 yaşadək oğlanlar arasında >2200,                  16 yaşadək qızlar arasında >2100.

Birbaşa final mərhələsində iştirak hüququ olan şahmatçılar haqqında məlumat (finala vəsiqə verən əsas göstərilməklə) şahmatçının təmsil olunduğu müəssisə tərəfindən final yarışlarının başlamasına ən geci 12 gün qalmış tehsilchess@gmail.com elektron ünvanına göndərilməlidir.

Final yarışlarının yekun nəticələri reytinq hesablanması üçün FİDE-yə göndəriləcək. Bu səbəbdən finalda iştirak edən şahmatçıların FİDE ID-i olması tələb olunur.

Sifariş forması-Final