Yarışın turlar cədvəli (təqvim)

Turlar yarışın əsasnaməsində qeyd olunduğu 17-23 dekabr 2021-ci il tarixlərində keçiriləcək. İştirakçı sayından asılı olaraq bəzi yarış qruplarında turların sayında və cədvəlində fərqlilik olacaq.

Belə ki, 8, 10, 12, 14, 16 yaşadək oğlanlar və 10, 12, 14 yaşadək qızlar arasında keçirilən yarışlarda 7 tur keçiriləcək və hər gün 1 oyun oynanılacaq. Bu kateqoriyalarda oyunlar hər gün 10:30-da keçiriləcək.
6 yaşadək oğlanlar, 8 və 16 yaşadək qızlar arasında yarışlar dairəvi sistem üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Bu yaş qruplarında 20 və 22 dekabr tarixlərində 2 tur keçiriləcək. Həmin günlərdə oyunlar səhər 10:30-da və 15:30-da keçiriləcək.

6 yaşadək qızların mübarizəsində isə dairəvi sistem üzrə 5 tur keçiriləcək. Bu kateqoriyada 19 və 21 dekabr tarixlərində istirahət günü nəzərdə tutulub. Digər yarış günlərində isə oyunlar 10:30-da start götürəcək.

Yarışın turlar cədvəli ilə aşağıdakı şəkildə və PDF faylda ətraflı tanış olmaq olar: